İsraildən Ərdoğana cavab: Osmanlı İmperiyasının günləri çoxdan başa çatıb

İsrail Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əl-Əqsa məscidi ətrafında yaranmış qalmaqala dair açıqlamasına sərt reaksiya verib. “Yeniavaz.com”un DHA-ya istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan məsələyə münasibət bildirərkən demişdi ki, İsrailin hərəkəti Əl-Əqsa məscidini müsəlmanların əlindən almaq cəhdidir.

İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin yayınladığı açıqlamada deyilir ki, R. T. Ərdoğan İsrailə nəsihət verə biləcək ən son adamdır: “Ərdoğanın Şimali Kipr sakinlərinə və kürdlərə nə deyəcəyi maraq doğurur”. İsrail Xarici İşlər Nazirliyi (XİN) isə “Twitter” səhifəsi vasitəsilə Türkiyə Prezidentinin sözlərini sərt tənqid edib. XİN-in sözçüsü Emmanuel Nahşon “Twitter”də aşağıdakı ismarıcı paylaşıb: “Ərdoğan öz ölkəsinin problemləri və sıxıntıları ilə maraqlansa, daha yaxşı olardı. Osmanlı İmperiyasının günləri çoxdan başa çatıb. Yəhudi xalqının paytaxtı Qüdsdür və bu cür də qalacaq. Evdə yaşayan Ərdoğan pəncərədən başqalarının evinə daş atmamalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top