Çin Kommunist Partiyası: Hamınız ateist olun

Çinin hakim Çin Kommunist Partiyası (ÇKP) üzvlərinə "dindarlıq" xəbərdarlığı edib.

"Yeniavaz.com"un "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bununla bağlı partiya tərəfindən ismarıc yayımlanıb.

İsmarıcda deyilir ki, partiya üzvlərinin dini inancı olmamalıdır və bu, ÇKP-nin bütün üzvləri üçün "qırmızı xətt"dir. Bildirilir ki, dini inancı olan səlahiyyətli şəxslər inanclarını tərk etmədiyi təqdirdə cəzaya məruz qalırlar.

Çinin dini işlər üzrə qurumun başçısı Vanq Zuoan deyib ki, partiya üzvləri dəyərləri və inancları dində axtarmamalıdır: "Partiya üzvləri qatı Marksist ateist olmalıdırlar. Onlar partiya qaydalarına əməl etməlidirlər".

DİGƏR XƏBƏRLƏR

Top