ABŞ hərbçiləri İran gəmisinə atəş açdı

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi Fars körfəzində İran gəmisinə xəbərdarlıq atəşi açıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu adı açıqlanmayan amerikalı məmur deyib.

Onun sözlərinə görə, İran gəmisi ABŞ gəmisinə yaxınlaşdığına görə atəş açmaq barədə qərar verilib. Mənbə deyib: "Thunderbolt" gəmisi radio ilə əlaqə qurmağa cəhdlərinə məhəl qoymayan İran gəmisinə tərəf xəbərdarlıq atəşi açıb". İran gəmisinin növü barədə məlumat verilmir.

ABŞ daha əvvəl dəfələrlə şikayət edirdi ki, İran katerləri Fars körfəzində ABŞ gəmilərinə xeyli yaxın yanaşırlar.

DİGƏR XƏBƏRLƏR

Top