Hindistanda qadın polis dəstələri yaradıldı

Hindistanın şimal-şərqində qadın polis dəstələri yaradılıb. "Yeniavaz.com"un "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, onlar cinsi zəmində törədilmiş cinayətlərin, o cümlədən zorlama faktlarının araşdırılması ilə məşğul olacaqlar.

Onlar Capur şəhərində qadınların ən çox hücuma məruz qaldığı avtobus dayanacaqlarını, kollecləri və parkları patrul edəcəklər. Hindistanda hər il təxminən 40 min qadın zorlamaya məruz qalır, lakin bu rəqəmin daha yüksək olduğu düşünülür, çünki bir çox qadın kömək üçün polisə müraciət etmir. İndi isə zəng etmək və ya "WhatsApp"a məlumat göndərmək kifayət edir ki, polis əməkdaşları köməyə gəlsin.

DİGƏR XƏBƏRLƏR

Top