“Real” 160 milyon avroya 18 yaşlı oyunçu aldı

“Real” Madrid Fransa yığmasının hücumçusu Kilian Mbappeninin transferi barədə “Monako” klubu ilə razılığa gəlib.

“Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, “Real” 18 yaşlı futbolçu üçün 180 milyon avro həcmində rekord məbləğ ödəyəcək. “Monako” bu məbləğin təqribən 160 milyonunu zəmanətli olaraq əldə edəcək, qalan 20 milyon isə forvrdın uğurlu çxışından asılı olaraq ödəniləcək. Konkret meyarlar məlum deyil.

“Real”ın baş məşqçisi Zinəddin Zidan futbolçunun komandaya cəlb edilməsi məqsədilə K. Mbappe və onun ailəsi ilə şəxsən söhbətləşib. Forvard İspaniya nəhəngi ilə altı illik müqavilə bağlayacaq, müqaviləyə əsasən, o, həftədə 135 min avro qazanacaq.

Qeyd edək ki, K. Mbappe “Monako”nun heyətində ümumilikdə 58 oyunda 27 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top