İŞİD-ə qoşulmaq üçün Azərbaycandan keçməklə Suriyaya getmək istəyən şəxs tutulub

Azərbaycandan keçərək Suriyaya gedib İŞİD qruplaşmasına qoşulmaq istəyən şəxs Rusiyada saxlanılıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kabardin-Balkar üzrə Sərhəd Qoşunları İdarəsi məlumat yayıb.

Hüquq-mühafizə orqanları əməkdaşları Mineralnıye Vodı şəhərinin hava limanında Bakıdan tranzit yolu ilə Suriyaya uçmaq istəyən 1997-ci il təvəllüdlü şəxsi təyyarədən endiriblər. Dağıstanda yaşayan bu şəxsin İŞİD-ə qoşulmaq istədiyi bildirilir.

Müvafiq əməliyyat-profilaktik tədbirlərdən sonra o, könüllü şəkildə Suriyaya uçmaqdan imtina edib. Həmin şəxs barəsində qərar qəbul edilənədək o, hüquq-mühafizə orqanlarının nəzarətində olacaq.APA

DİGƏR XƏBƏRLƏR

Top