Rusiyada mobil telefonu təyyarənin göyərtəsinə götürmək pullu olacaq

Rusiya Nəqliyyat Nazirliyinin təklif etdiyi yeni aviasiya qaydaları əl yükünün minimum çəkisinin beş kiloqram olmasını nəzərdə tutur.

"Yeniavaz.com"un Ria Novosti-yə istinadən verdiyi məlumata görə, sərnişinin əlavə ödəniş etmədən özü ilə təyyarənin göyərtəsinə götürə biləcəyi əşyalar siyahısından üst paltarı, mobil telefon, noutbuk, fotoaparat, videokamera və çətir çıxarılıb.

Bununla belə, qaytarılmış bilet alan sərnişinlər azı 10 kiloqram baqajı pulsuz daşımaq imkanını saxlayırlar. Yeni qaydalar Federasiya Şurası təqdir etdikdən və Prezident qaytarılmayan aviabiletin alınması halında pulsuz baqajın daşınmasının ləğv edilməsi haqqında qanunu imzaladıqdan sonra qüvvəyə minəcək. Dövlət Duması artıq onu təqdir edib.

Həmçinin, sərnişinin əlavə ödəniş etmədən əl yükündən başqa özü ilə təyyarənin göyərtəsinə götürə biləcəyi əşyaların siyahısı hazırlanıb. Siyahıda körpələr üçün uşaq qidası, kostyum postpledi və qadın əl çantası qalıb.

Lakin üst paltarı, portativ kompüter, əsa, mobil telefon, videokamera, fotoaparat və çətir artıq bu siyahıya daxil deyil.

DİGƏR XƏBƏRLƏR

Top