Bakıda marşrut avtobusu qəza törədib

Bakıda sərnişin avtobusu qəza törədib. "Bakubus" MMC-yə məxsus 99-JX-198 dövlət qeydiyyat nişanlı 2 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu Süleyman Rüstəm küçəsindən Füzuli küçəsinə dönmə əmliyyatı həyata keçirəkən onunla paralel hərəkət edən 90-DA-333 dövlət nömrə nişanlı "Chevrolet cruze" markalı minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top