Rusiyada sürücülər avtomobil nömrələrini özləri seçəcəklər

Rusiya Daxili İşlər Nazirliyi vətəndaşlara avtomobil nömrələrində rəqəm və hərf düzümünü sərbəst seçməyə imkan verən qanun layihəsini hökumətə təqdim edib. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, sənəd nəqliyyat vasitəsinin qeydiyyatı qaydalarında bəzi dəyişikliklər edilməsini nəzərdə tutur. Qanun layihəsi “dövlət qeydiyyat nişanı” anlayışını qanunvericilik səviyyəsində məhdudlaşdırır. Avtomobil sahibləri özləri nömrə seçə biləcəklər, lakin sənəddə bunun necə baş verəcəyi dəqiqləşdirilmir. Prosedurun aparılma qaydasını hökumət müəyyənləşdirəcək. Bundan başqa, qanun layihəsi rusiyalılara avtosalonlarda yeni avtomobillər üçün nömrə almağa imkan verəcək. Xidmət ödənişli olacaq, lakin Federal Antiinhisarçılıq Xidməti tarif limitlərini müəyyənləşdirəcək. Bundan başqa, sənəd nəqliyyat vasitəsinin kuzovunda və ya ramasında olan oxunması çətinlik törədən identifkasiya nömrələrinin qeydiyyatını sadələşdirəcək. Problemli avtomobil sahibləri kriminalistin yanında ekspertizadan keçəcəcəklər, bundan sonra nəqliyyat vasitəsində indentifikasiya nömrələrinin olduğu əlava markalama yapışdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top