Bakıda ana körpəsini əmizdirərkən öldü

Bakıda ana körpəsini əmizdirərkən ölüb.

"Yeniavaz.com" Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində yaşayan 22 yaşlı İbrahimova İlahə Qulu qızı 6 aylıq körpəsini əmizdirərkən yuxuya gedib. Körpənin ağlamasına baxmayaraq, ana oyanmayıb. Ananın körpəni süd ilə qidalandırarkən öldüyü məlum olub.

Ananın ölümünün dəqiq səbəbləri araşdırılır. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top