Türkiyə otelləri “hər şey daxil” sistemindən imtina edir?

Türkiyə hökuməti otellərə “hər şey daxil” (All inclusive) sistemindən imtina etmək barədə tövsiyyələr vermək niyyətində deyil.

“Yeniavaz.com”un məlumatına görə, bunu RİA Novosti-yə Türkiyənin mədəniyyət və turizm naziri Hüseyn Yayman deyib.

Onun sözlərinə görə, bu sistem uğurla fəaliyyət göstərir və yaxın illərdə qorunacaq. H. Yayman qeyd edib ki, “hər şey daxil” sistemini tətbiq etmək və ya etməmək barədə qərarı bazar, otel sahibləri verirlər:

“Bizim nazirlik isə bu işə qarışmır. Hazırda bu sistem müvəffəqiyyətlə işləyir və yaxın illər ərzində də davam edəcək, çünki özəl sektor onun necə fəaliyyət göstərməsindən razıdır”.

DİGƏR XƏBƏRLƏR

Top