Kabildə törədilən partlayış: Ölənlər var

Əfqanıstanın paytaxtı Kabildə Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

"Yeniavaz.com" APA-ya istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat verib.

Terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

Qeyd edək ki, hazırda Əfqanıstanda baş nazir postu mövcud deyil. 2014-cü il prezident seçkilərindən sonra Milli Birlik Hökuməti təşkil edilib. Məhəmməd Əşrəf Qani ölkə prezidenti, Abdulla Abdulla isə icra rəisi vəzifəsini tutub.

DİGƏR XƏBƏRLƏR

Top