Messi Neymarla olan bütün fotolarını sildi

"Barselona"nın hücumçusu Lionel Messi "İnstagram" sosial şəbəkəsində Neymarla olan bütün fotolarını silib. "Yeniavaz.com"un "Sports.ru" saytına istinadən verdiyi məlumata görə, argentinalı forvard yalnız 2013-cü ildə Neymarla olan fotosunu saxlayıb. Bildirilir ki, L. Messi braziliyalı hücumçunun PSJ-yə mümkün keçidindən narazıdır.

Bu arada Neymar, onun atasının və "Barselona" rəhbərliyinin danışıqları uğursuz keçib.

Neymar təsdiq edib ki, Parisə getmək imkanını ciddi nəzərdən keçirir.

"Barselona" rəhbərliyi onu klubda qalmağa inandırmağa çalışıb. Daha əvvəl verilmiş məlumata görə, PSJ braziliyalıya görə onun müqaviləsində yazılmış 222 milyon avro transfer məbləğini ödəməyə hazırdır.

DİGƏR XƏBƏRLƏR

Top