İsrail Əl-Əqsa məscidi ilə bağlı daha bir qərar verdi

İsrail polisi Qüdsdə Əl-Əqsa məscidinin girişində müşahidə kameraları quraşdırıb. "Yeniavaz.com"un "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, müşahidə sistemi odlu və ya soyuq silahın keçirilmə cəhdlərinin qarşısını almağa hesablanıb. İsrail hökumətinin fikrincə, kameralar metal axtarış dedektorlarını əvəzləmək gücündədir.

Xatırladaq ki, Əl-Əqsa məscidinin girişində metal axtarış dedektorlarının quraşdırılması yerli müsəlmanların kütləvi etirazlarına səbəb olmuşdu. Fələstin muxtariyyətinin lideri Mahmud Abbas iyulun 22-də bu məsələyə görə İsraillə hər cür əlaqələri dayandırdıqlarını bəyan etmişdi. İyulun 14-də iki israilli polisin üç silahlı ərəb tərəfindən öldürülməsindən sonra Əl-Əqsa ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top