SSRİ-nin ilk qanuni milyonçusu vəfat etdi

SSRİ-nin ilk leqal milyonçusu Artyom Tarasov dünyasını dəyişib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu “Yabloko” partiyasının mətbuat xidmətindən deyiblər.

Məlumatda deyilir: “Artyom Mixayloviç Tarasov vəfat edib. Onun köməkçisi bu informasiyasını bizə təsdiq edib. Artyom Mixayloviçin ölüm səbəbi, onunla vida tarixi və yeri barədə ailəsi sabah məlumat verəcək”.

Qeyd edək ki, A. Tarasovun 67 yaşı var idi. O, 1987-ci ildə SSRİ-də ilk kooperativlərdən birini yaradıb, iki ildən sonra isə televiziya vasitəsilə bəyan etmişdi ki, ölkədə ilk leqal milyonçu olub. O, 2016-cı ildə “Yabloko” partiyasından Dövlət Dumasına deputatlığa namizəd olub. A. Tarasov “İnnovasiyalar İnstitutu”nun baş direktoru vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top