Nazir: Türkiyədə 7,5 milyon bina zəlzələ riski daşıyır

Türkiyədə 7,5 milyon bina zəlzələ riski daşıyır. “Yeniavaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki deyib. Onun sözlərinə görə, həmin binaların əksəri sökülməlidir. M. Özhaseki bildirib ki, dünyada baş verən iqlim dəyişikləri ilə bağlı təbii fəlakətlər Türkiyədən də yan keçmir: “Anadolu torpaqlarının 71 faizi zəlzələ riski altındadır. Türkiyədə hər il 200 mini İstanbulda, 300 mini isə Anadoluda olmaqla 500 min tikili yeni şəhərsalma planı ilə təkrar inşa edilməlidir. Məqsədimiz 15 il ərzində hər il 500 min tikilini restovrasiya etmək, onun infrastrukturunu nizamlamaq, maliyyə mənbələrini tapmaqdır”. O diqqətə çatdırıb ki, yeni şəhərsalma planı ilə bağlı dəyişikliklər yaxın zamanda Türkiyə parlamentinə təqdim ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top