Yaxın Şərq və Afrikada ən iri hərbi bazanın açılışı oldu


Misirin Matruh vilayətində, Aralıq dənizinin sahillərində Yaxın Şərq və Afrikanın ən iri hərbi bazasının açılışı olub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Misir Prezidenti Əbdülfəttah əs-Sisi hərbi bazanın açılış mərasimində iştirak edib. Baza Misirin ilk Prezidenti Məhəmməd Naqibin adını daşıyır. Misir Müdafiə Nazirliyi bəyan edib ki, hərbi baza ölkənin ikinci ən böyük şəhəri İsgəndəriyyənin qərb ərazilərinin mühafizəsini gücləndirmək üçün nəzərdə tutulub. Bazanın cavabdehlik zonasına Əd-Dabbada tikiləcək ölkənin ilk atom elektrik stansiyası, iri neft yataqları, dəniz limanı daxil olacaq. Hərbi bazanın ərazisində mindən çox tikili, o cümlədən kazarmalar, zabit heyəti üçün mənzillər, idman obyektləri, poliqonlar yerləşir. Orada təqribən 20 min hərbçinin mənzillə təmin oluncağı gözlənilir. Bazaya hərbi texnika, o cümlədən yüzlərlə tank, helikopterlər, katerlər, hava hücumundan müdafiə sistemləri yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top