Suriyada təhlükəsizlik zonasının fəaliyyət qaydaları haqqında saziş imzalandı

Suriyanın Şərqi Quta bölgəsində təhlükəsizlik zonalarının fəaliyyət qaydaları haqqında saziş imzalanıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, saziş Qahirədə rusiyalı hərbçilər və suriyalı müxalifləri arasında keçirilmiş danışıqların yekunu üzrə imzalanıb. Danışıqlar Misir tərəfinin vasitəçiliyi ilə təşkil olunub. Saziş təhlükəsizlik zonalarımnın sərhədlərini, həmin zonalara nəzarət edəcək qüvvələrin yerləşməsini və səlahiyyətlərini, habelə əhaliyə humanitar yardımın çatdırılması marşrutunu və sakinlərin sərbəst gedişini müəyyənləşdirir. Yaxın günlər ərzində təhlükəsizlik zonasına ilk humanitar yardımın göndərilməsi və yaralıların çıxarılması planlaşdırılır. Suriyanım “Xalq diplomatiyası” müxalif hərəkatının katibi Mahmud Əfəndi bildirib ki, Rusiya və ABŞ “Şərqi Quta” təhlükəsizlik zonasında müşahidə missiyasında iştirak edəcək, İran olmayacaq.

Xatırladaq ki, Suriyada təhlükəsizlik zonalarının yaradılması haqqında razılaşma mayın 4-də Astanada beynəlxalq görüşün nəticələri əsasında əldə olunub. Təhlükəsizlik zonalarının dörd rayonda formalaşdırılması nəzərdə tutulur: İdlib, Humsun şimalı, Şərqi Quta və Suriyanın cənubu. İyulun 7-də Hamburqda Rusiya-ABŞ sammitinin yekunu üzrə Suriyanın cənub-qərbindəki Dəraa, Əl-Kuneytri və Əl-Suveydi bölgələrində təhlükəsizlik zonalarının yaradılması elan edildi.

DİGƏR XƏBƏRLƏR

Top