Rusiyalılar zəlzələyə görə Türkiyəyə getməkdən imtina edirlər

Çoxsaylı Rusiya vətəndaşı Yunanıstan və Türkiyəyə aldıqları putyovkalarını geri qaytarmaq və ya orada istirahətlərini tez başa çatdırmaq istəyirlər. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu arzuda olan rusiyalılar ölkənin Mədəniyyət Nazirliyi yanında Federal Turizm Agentliyinin “qaynar xətt”inə müraciət edirlər. Mövcud vəziyyətdə (iki ölkənin sahillərində, Egey dənizində baş vermiş zəlzələ ilə əlaqədar) səyahətçilər turoperatorlara qarşı bu cür tələblə çıxış edə bilərlər. Şirkətlər istirahətini dayandırmaq istəyən müştərilərə kömək edə və onlar üçün dönüş bileti ala bilərlər. Rusiya qanunvericiliyi istifadə olunmamış tur günlərinə görə pulun qaytarılmasını nəzərdə tutmur. Əgər vətəndaş putyovkadan imtina edirsə, ona xərclədiyi vəsaiti geri alır. Bu zaman həmin məbləğdən turoperatorun faktiki olaraq çəkdiyi xərclər çıxıla bilər. Lakin şirkət bunu sənədlərlə sübuta yetirməlidir. Xatırladaq ki, iyunun 21-nə keçən gecə Egey dənizində zəlzələ baş verib. Onun episentri Türkiyənin Bodrum şəhərindən 10,3 kilometr aralıda yerləşib. Şəhərin təqribən 70 sakini xəsarət alıb. Yunanıstanın Kos adasında isə təbii fəlakət 2 nəfərin ölümünə səbəb olub, 100-ə yaxın adam travma alıb.

DİGƏR XƏBƏRLƏR

Top