Yüksək və yeni texnologiyaların mənimsənilməsi rayonu olan Bincou Çində Xuanxe çayının aşağı axınında yerləşir. Burada bir hektar ərazidə qumdan hazırlanmış heykəllərdən ibarət nəhəng tematik park yaradılır. Park çoxlu bölmələrdən ibarətdir. Burada qum heykəllər, relyef, animasiya və digər zonalar var. Hazırda park ərazisində çinli heykəltəraşlar qumdan hazırlanmış 30-dan çox əsərin üzərində dəqiqliklə işləyirlər. AzərTac