KİV: Almaniya Türkiyəyə silah tədarükünü dayandıracaq

Almaniya silahlandırma sahəsində daha əvvəl planlaşdırılmış və artıq reallaşdırılmış alman-türk layihələrinin icrasını dayandırır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Bild” qəzeti informasiyanın mənbəyinin adını çəkmədən məlumat verir. Qəzet yazır ki, Almaniya və Türkiyə arasında silahlandırma sahəsində daha əvvəl planlaşdırılmış və artıq mövcud layihələrin müvəqqəti dondurulması baş verməlidir. Hesab edilirdi ki, NATO-ya üzvlük haqqında müqavilə çərçivəsində bütün tədarüklər problem olmadan həyata keçiriləcək. Almaniya İqtisadiyyat Nazirliyindən bildiriblər ki, hökumət bu barədə hələ yekun qərarını verməyib: “Almaniya hökuməti silahlandırma layihələri üzrə bütün sifarişləri nəzərdən keçirir”.

DİGƏR XƏBƏRLƏR

Top