İlham Əliyev Soçidə Putinlə görüşəcək​

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, bu gün, həmçinin axşam saatlarında Soçidə Prezident Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə işgüzar görüşü olacaq. D. Peskov qeyd edib ki, V. Putin cümə gününü Soçidə keçirəcək: “Orada “Sirius” təhsil mərkəzinə baş çəkəcək, onun işi ilə maraqlanacaq”.

DİGƏR XƏBƏRLƏR

Top