Ev bölgüsünə etiraz edən Ahıl Jurnalistlər Məclisi fəaliyyətini dayandırdı

Ahıl Jurnalistlər Məclisinin rəhbərləri öz vəzifələrinin icrasını dayandırıb. "Yeniavaz.com" xəbər verir ki, bu barədə Əməkdar Mədəniyyət işçisi, Ahıl jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə sosial şəbəkədəki səhifəsində məlumat verib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə yaradılmış, qısa müddətdə ölkənin nüfuzlu ictimai təşkilatlarından birinə cevrilmiş, 300 nəfərədək veteran jurnalisti birləşdirən Ahıl Jurnalistlər Məclisi öz fəaliyyətini genişləndirərək müxtəlif tədbirlər keçirmiş, 23 qayğıya ehtiyacı olan həmkarımızı evində ziyarət etmiş, veteranların çoxsaylı yubiley məclislərini və onların kitablarının təqdimat mərasimlərini keçirmiş, "Siz unudulmamısınız" adlı iri həcmli kitab nəşr etdirmişdir. Təəssüf ki, son mənzil bölgüsündə bizə etinasızlıq və ədalətsiz münasibət göstərilmişdir. Buna etiraz əlaməti kimi biz Ahıl Jurnalistlər Məclisinin rəhbərləri olaraq öz vəzifəmizin icrasını dayandırır, mətbuatla bağlı heç bir tədbirdə iştirak etməyəcəyimizi bəyan edirik. Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Yusif Kərimov, Ahıl jurnalistlər Məclisinin sədr müavini, Əməkdar Mədəniyyət işçisi Məzahir Süleymanzadə".

DİGƏR XƏBƏRLƏR

Top