"Yol verin, qudam gəlir" - Azərbaycanın quda məmurları - SİYAHI

Məlumdur ki, Azərbaycanda yüksək vəzifəli şəxslər arasında qohumluq əlaqələri mövcuddur. Nazirlər, məmurlar bir-birindən qız alıb-verməklə, həm aralarındakı bağları gücləndirir, həm də bir növ təsir dairələrini, çevrələrini genişləndirirlər. Məhz buna görə, hökumətdə yüksək vəzifə tutan qudaların sayı olduqca çoxdur.

Azərbaycanın bir-biri ilə quda olan məmurlarının siyahısını təqdim edir:

Vergilər naziri Fazil Məmmədovun qızı ilə Namiq Əliyevin oğlu nişanlanıb. Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır. Nəcməddin Sadıkov isə, məlum olduğu kimi, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın bibisi oğlu Altay Məmmədovla qudadır.

Bir neçə gün öncə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi ilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin qızı ailə həyatı qurub. Azərbaycanın ən nüfuzlu məmurlarından biri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızını gəlin gətirib.

Sabir nəqliyyat naziri Ziya Məmmədov deputat Sabir Rüstəmxanlı ilə qohumdur. Belə ki, millət vəkili Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlının bir müddət öncə Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı Günel xanımla evlənib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da qudadır.

Baş nazirin müavini Abid Şərifovun gəlini daxili işlər nazirinin sabiq müavini, mərhum Rövşən Cavadovun qızıdır.

Vergilər naziri Fazil Məmmədovun da qohumu olan məmur var. Fazil Məmmədovun bacısının həyat yoldaşı Binəqədi rayonunun hazırki icra başçısı Xaləddin İsgəndərovdur.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə qudalıq qohumluğundadır.

Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə qudadır.

Sabiq səhiyyə naziri Əli İnsanovla Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının sabiq şöbə müdiri vəzifəsini tutan general Məhərrəm Əliyev qudadır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Milli Məclisin deputatı Qalib Salahzadə ilə qudadır.a24.az

DİGƏR XƏBƏRLƏR

Top