Bakıda ağac qətliamı: Etiraz edənlərə zor tətbiq edilir – VİDEO

Bakıda yenə yaşıllıq məhv edilir. Nəsimi rayonu, Hüseybala Əliyev 22 ünvanında ağacların kökündən çıxarılması prosesi aparılır. Yerində hündürmərtəbəli bina tikmək məqsədilə sözügedən ünvanda uşaq meydançası sökülüb və texnikanın köməyilə ağaclar çıxarılır. Bütün bunların qarşısını almaq istəyən sakinlərə qarşı zorakılıq tətbiq edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda bildirilir ki, Nəsimi rayonu, Hüseynbala Əliyev 22 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olmuş məlumat əsasında nazirliyin əməkdaşları tərəfindən ilkin araşdırma aparılıb. Araşdırma zamanı ağacların kəsilməsi faktı öz təsdiqini tapıb. Araşdırma davam etdirilir. Nəticəsi barədə məlumat veriləcək.Oxu.az

ağac kəsimi

DİGƏR XƏBƏRLƏR

Top