Peskov Lapşinin Rusiyaya ekstradisiyasından danışıb

Rusiya və İsrail vətəndaşı olan bloger Aleksandr Lapşinin mümkün ekstradiyası Kremlin mövzusu deyil. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Kremlin A. Lapşinin ətrafındakı mövzunu izləyib-izləməməsi və onun ekstradiyasını təkid edib-etməyəcəyi barədə sualı cavblandırarkən bildirib: “Xeyr, bu, Kremlin mövzusu deyil. Xatırladaq ki, A. Lapşinin vəkili Eduard Çernin A. Lapşinin Rusiyaya ekstradisiya ediləcəyini istisna etmədiyini bəyan etmişdi.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqer A.Lapşinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Hökmə əsasən, A. Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il müddətinə azadlıqdan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

Top