BMW avtomobillərini geri çağırır

“Bayerische Motoren Werke AG” (BMW) alman avtomobil istehsalçısı Almaniyanada 350 min avtomobilini geri çağırmağı planlaşdırır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, məqsəd avtomobillərdəki atmosferə zərərli maddələrin buraxılması sistemini yaxşılaşdırmaqdır. Geri çağırılma BMW-nin “Avro-5” ekoloji sinifli dizel mühərriki ilə işləyən avtomobillərinə şamil olunacaq. Xatırladaq ki, ötən gün digər alman avtomobil konserni “Daimler AG” eyni məqsədlə Avropada dizel mühərriki ilə işləyən 3 milyondan artıq avtomobilini geri çağırılacağını bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top