Nazirlikdə 10 nəfər işdən çıxarılıb

Bu ilin birinci yarısında 10 nəfər ədliyyə orqanlarından xaric olunub.

Bu Penitensiar Xidmətin 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabatında əksini tapıb.

Belə ki, keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 72 mobil telefon, 79,343 qram müxtəlif narkotik və psixotrop maddələr, 58 litr qıcqırdılmış maye aşkarlanaraq götürülüb. Həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub. Hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 297 müxtəlif, o cümlədən xüsusilə ağır cinayətlərin üstünün açılmasına köməklik göstərilib.

Həmçinin hesabat dövrü ərzində pozuntulara yol verən 132 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 6 əməkdaş tutduğu vəzifədən azad edilib, 10 əməkdaş isə ədliyyə orqanlarından xaric olunub.

DİGƏR XƏBƏRLƏR

Top