Ev alan jurnalistlərin prezidentlə selfisi - FOTOLAR

Bu gün prezident İlham Əliyev mənzil alan 255 jurnalistlə görüşüb. Media təmsilçiləri ölkə başçısı ilə selfi edərək sosial şəbəkədə maraqlı fotolar paylaşıblar. İlham Əliyev bu gün jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısına məlumat veriblər ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var.

3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top