Gürcüstan Azərbaycana qarşı sərhəd təxribatı törədib? – DSX-dan AÇIQLAMA

Dövlət Sərhəd Xidməti (DSX) Gürcüstan sərhədçilərinin sərhəd xəttini 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə yayılan məlumatlara münasibət bildirib. DSX-dan bildirilib ki, bu məlumatlar həqiqətə uyğun deyi. Və internet resurslarında bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır. Qeyd edək ki, son günlər bəzi informasiya resurslarında guya Gürcüstan sərhədçilərinin Samux rayonunun Burunqovaq kəndi istiqamətində sərhəd xəttini təxminən 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə məlumat yayılıb.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top