Dağüstü parkda xoş olmayan mənzərə VİDEO

Bakının düz mərkəzində Dağüstü Parkdakı zibilliklər təkcə paytaxt sakinlərini deyil, turistləri də təəccübləndirib..

Bu barədə parkda istirahət edənlər məlumat verib. Onlar qeyd edib ki, təpəciklər zir-zibillə doludur: “Bu isə Bakının mərkəzi istirahət yerlərindən olan Dağüstü Parka heç yaraşmır. Axı şəhərimizdə sakinlərdən əlavə çoxlu turistlər də var”.

Qeyd edək ki, həmin ərazi Bakı Abadlıq Xidmətinin nəzdindədir.

“Qafqazinfo” məsələ ilə bağlı qeyd olunan qurumun internetdəki əlaqə nömrələrinə yığsa da, zənglərimizə cavab verilməyib.

Ümid edirik ki, bu mənzərədən sonra məsul qurumlar məsələyə ciddi yanaşarlar.qafqazinfo.az

park

DİGƏR XƏBƏRLƏR

Top