ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

Vaşinqton 18 təşkilatı və fiziki şəxsi İrana qarşı sanksiya siyahısına daxil edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Dövlət Departamenti və Maliyyə Nazirliyi bəyan edib. ABŞ siyahıya salınan iki İran şirkətini ballistik raketlərin yaradılması proqramında iştirakda ittiham edir. Bundan başqa, İran İnqilabı Keşikçilər Korpusunu dəstəkləyən 7 təşkilat və 5 fərdi şəxs də siyahıya daxil edilib. Qeyd edək ki, ABŞ sonuncu dəfə İrana qarşı sanksiyaları fevralda genişlətmişdi.

DİGƏR XƏBƏRLƏR

Top