Türkiyədə dünyanın ən qədim “smayliki” tapılıb - FOTO

Türkiyənin Qaziantep vilayətinin Karkamış şəhərində dünyanın ən qədim “smayliki” aşkar olunub.

“Yeniavaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, türk və italyan arxeoloqlardan ibarət qrup Karkamış şəhərində qazıntılar zamanı ən qədim “smaylik” təsvirinin olduğu səhəng tapıblar. Səhəngin tarixi təqribən bizim eramızdan əvvəl 1700-cü ilə gedib çıxır.

O, şərbət içmək istifadə olunub. Arxeoloqlar qrupunun rəhbəri, Bolonya Universitetinin professoru Nikola Marketti deyib ki, dünyada ən qədim “smayliki” aşkar ediblər: “Biz bilmirik ki, ustalar bu simvolu səhəngə hansı məqsədlə çəkiblər, lakin biz onu təbəssüm adlandırırıq”.

DİGƏR XƏBƏRLƏR

Top