ATƏT-in yeni baş katibi seçildi

Tomas Qreminger Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT0 baş katibi seçilib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, T. Qreminger daha əvvəl İsveçrənin ATƏT yanında daimi nümayəndəsi vəzifəsində çalışıb. Bundan başqa, ATƏT-də digər vəzifələrə də təyinatlar olub. Belə ki, İslandiyanın keçmiş xarici işlər naziri İnqibyörq Solrun ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Büronun rəhbəri, Fransanın Avropa işləri və xarici ticarət üzrə sabiq dövlət naziri Arlem Dezir ATƏT-in Kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə nümayəndəsi, ATƏT-in keçmiş baş katibi Lamberto Zanyer isə təşkilatın milli azlıqlarla iş üzrə ali komissarı seçilib.

DİGƏR XƏBƏRLƏR

Top