İspaniya Futbol Federasiyasının prezidenti və oğlu həbs olundu

İspaniya Futbol Federasiyasının prezidenti Anhel Mariya Vilyar və onun oğlu bu gün həbs olunublar.

“Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, 67 yaşlı federasiya prezidenti antikorrupsiya əməliyyatı nəticəsində həbs edilib. Həbs olunanlar aeasında federasiyanın iqtisadi məsələlər üzrə vitse-prezidenti Xuan Padron da var.

Saxlanılanlar bir sıra qanun pozuntularında şübhəli bilinir: səhlənkar inzibatçılıq, xərclər, korrupsiya, sənədlərin saxtalaşdırılması. Qeyd edək ki, A. M. Vilyar 1988-ci ildəndən federasiyaya rəhbərlik edir. O bu ilin mayında səkkizinci dəfə prezident seçilib.

DİGƏR XƏBƏRLƏR

Top