Diplomlar nə zaman etibarsız olur? - Ekspert açıqladı

Ali məktəbə daxil olub təhsil almaq demək olar ki, Azərbaycanda böyüyən və məktəbdə oxuyan hər bir şagirdin arzusudur. Universiteti bitirdikdən sonra qızların əksəriyyəti ailə həyatı qurmağı ilə əlaqədar ixtisası üzrə işləyə bilmir. Uzun müddət işləməyən xanımları narahat edən məsələlərdən biri də ali təhsil haqqında olan diplomun qüvvədən düşməsi ilə bağlıdır.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, şəxs nə qədər sağdırsa, diplom hüquqi qüvvəsini itirmir: "60 yaşadək şəxsin fiziki qabiliyyəti imkan verərsə, qanunvericiliklə işə qəbul ola bilər. Sadəcə olaraq bəzi ixtisaslar üçün bu istisnadır. Tibbi qurtaran şəxs 5 il müddətində işləməsə, qanunvericiliklə sertifikat imtahanı verməlidir. Digər ixtisaslarda isə şəxs nə zaman istəsə işləyə bilər”.a24.az

DİGƏR XƏBƏRLƏR

Top