Ukraynada “Kiçik Rusiya” dövləti yaradıldı

Ukrayna ərazisindəki qondarma Donetsk xalq respublikasının (DXR) başçısı Aleksandr Zaxarçenko “Malorossiya” (“Kiçik Rusiya”) dövlətinin yaradılmasını elan edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, A. Zaxarçenko iddia edir ki, Kiyev vətəndaş müharibəsini dayandırmaq iqtidarında deyil və buna görə də “Malorossiya” dövlətini təsis etməyi təkif edib.

O bildirib ki, “Malorossiya” müstəqil gənc dövlətdir: Üç illik keçid müddəti üçün yaradılıb. Yeni müstəqil dövlətin qurulması Donbassda münaqişəni dayandırmağam kömək edəcək. Regionların sakinləri bizi dəstəkləməlidir. Beynəlxalq ictimaiyyət ideyanı dəstəkləsə, bu çıxış yolu mümkündür”.

Qondarma DXR-nin gəlirlər və yığımlar naziri Aleksadnr Timofeyev qeyd edib ki, “Malorossiya” geniş muxtariyyətə malik federel dövlət olacaq, paytaxtı Donetsk, bayrağı isə Boqdan Xmelnitskinin bayrağı olacaq.

DİGƏR XƏBƏRLƏR

Top