“Lotu Quli” Hikmətin qardaşı oğluna “vor” adı vermədi

Türkiyədə məşhur kriminal avtoritet “Kor Hüseyn”in iki nəfərə “qanuni oğru” adı verməsinə mane olunub.

"Yeniavaz.com" "lent.az"a istinadən xəbər verir ki, “Kor Hüseyn” öz ad günündə İlyuxa QaqauzskiMəmədqulu Muxtarova “qanuni oğru” adı verməyi planlaşdırıbmış. Amma Bakıdan gələn xəbərdarlıqdan sonra bu istəyindən əl çəkib. Hazırda həbsdə yatan “Lotu Quli” (Nadir Səlifov) “Kor Hüseyn”ə onun başının üstündən heç bir azərbaycanlıya “qanuni oğru” adı verilməsinin mümkün olmayacağını çatdırıb.

“Quli”nin hədəsindən sonra “Kor Hüseyn” taclandırmanı təxirə salıb. “Quli” Hüseynə həm də onu çatdırıb ki, “Şakro Molodoy” tərəfindən də “qanuni oğru” adı verilməsinə moratorium qoyulub və o, bunu nəzərə almalıdır. Xatırladaq ki, Məmmədqulu Muxtarov Sabirabadlı Hikmətin qardaşı oğludur.

DİGƏR XƏBƏRLƏR

Top