Azərbaycan miqrasiya üçün ən yaxşı ölkələrin - REYTİNQİNDƏ

“Boston Globe” qəzetində “ABŞ miqrantlar üçün ən yaxşı ölkələr siyahısında yeddinci yerdədir” adlı məqalə dərc olunub.

"Yeniavaz.com"un "fins.az"a istinadən məlumatına əsasən, məqalədə miqrantlar üçün ən yaxşı və ən pis ölkələr barədə danışılır.

Tədqiqatda iqtisadi sabitlik, gəlirlərin bərabərliyi, əmək bazarı və biznes liderlərin açıqlamaları meyarlarına əsasən, 80 ölkə qiymətləndirilib. Müəlliflər həmçinin BMT və Dünya Bankının miqrasiyaya dair məlumatlarından istifadə ediblər.

Miqrasiya üçün ən yaxşı ölkə İsveç hesab edilib.

İlk onluğa həmçinin, Kanada, İsveçrə, Avstraliya, Almaniya, Norveç, ABŞ, Niderland, Finlandiya və Danimarka düşüb.

Rusiya siyahıda 24-cü, Ukrayna 31-ci, Belarus 38-ci, Qazaxıstan 46-cı, Latviya 56-cı, Azərbaycan isə 61-ci yerdə qərarlaşıb. Ermənistanın adı reytinqə daxil edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top