Ağstafada canavarlar kəndə hücum etdi - VİDEO

Canavarlar kəndə hücum edib, həyətdəki 15 qoyunu öldürüblər. Hadisə Ağstafanın Xəlfəli kəndində baş verib. Gecə saatlarında kəndə daxil olan bir neçə canavar Camal Vəliyeva məxsus xırdabuynuzlu heyvanların axırına çıxıblar. Səhər yuxudan oyanan kənd sakini qoyunları yerə sərilmiş halda görüb. Qoyunlardan 15 ölüb, 14-nü isə yırtıcılar yaralayıb. Kəndlilər deyir ki, əvvəllər də canavarlar kəndə hücum çəkiblər, at və eşşəkləri parçalayıblar. Ancaq mal-qaraya birinci dəfədir ki, zərər verirlər. Kənd sakinləri tələf olan heyvanları götürülərək kənddən uzaqdakı ərazidə torpağa basdırıblar.Xezerxeber

Ağstafa canavar

DİGƏR XƏBƏRLƏR

Top