Mal və qoyun ətinin bahalaşması diri toyuqlara tələbatı artırıb - VİDEO

Mal və qoyun ətinin bahalaşması bazarlarda diri toyuqlara tələbatı artırıb. Satıcılar deyirlər ki, mövsümlə əlaqədar olaraq bu günlərdə bazarlara diri toyuqlar çox gətirilir. Bu da öz növbəsində qiymətlərin nisbətən enməsinə səbəb olub. Satışın artdığını deyən satıcılar bu il toyuq məhsullarının bol olduğunu bildirirlər. Qiymətlər isə toyuğun çəkisinə görə dəyişir. Alıcılar da diri toyuq almağın daha sərfəli olduğunu deyirlər. Onlar hesab edirlər ki, burda kəsilən toyuqlar broyler məhsullarından daha keyfiyyətlidir. Satıcılar deyirlər ki, diri toyuqların qiymətində enmə sentyabr ayınadək davam edəcək.Xezereber

toyuq

DİGƏR XƏBƏRLƏR

Top