Misir Qətər vətəndaşlarına viza tətbiq edəcək​

Misir 20 iyuldan etibarən diplomatlar da daxil olmaqla bütün Qətər vətəndaşlarına viza tətbiq edəcək. CNN Türk xəbər verir ki, bu barədə Qahirə Beynəlxalq Hava Yollarından açıqlama verilib. Məlumata görə, Qətər vətəndaşlarına maksimum 3 aylıq viza veriləcək. Qeyd edək ki, bundan öncə qətərlilər Misirə vizasız gedə bilirdi. 5 iyunda Misir Qətərlə bütün əlaqələrini kəsdikdən sonra bir sıra sanksiyalar tətbiq edilməyə başanılıb.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top