Bakıda turistə 1700 dollar “atdılar”

Pakistandan Azərbaycana gələn turistin 1700 dolları dələduzluq yolu ilə ələ keçirilib.

Bu barədə 1993-cü il təvəllüdlü Pakistan vətəndaşı Sayid İbrahimşah 102 xidmətinə zəng edərək məlumat verib.

O bildirib ki, iyulun 6-da Azərbaycana gəlib, səhərigün, yəni iyulun 7-də “28 Mall” Ticarət Mərkəzində tanışı Veysəllə görüşərək özünə məxsus sənədləri tərcümə edərək notariusda təsdiq etməsi üçün ona verib. Bir neçə saat sonra isə həmin şəxslər yenidən Xəqanı parkında görüşüb və əlavə olaraq 1000 dollar verib.

Lakin Veysəl adlı şəxs nə aldığı 1700 ABŞ dollarını, nə də sənədləri qaytarıb.

Araşdırma aparılır.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top