Polşada sovet abidələri söküləcək

Polşa Prezidenti Andjey Duda kommunizmin və ya digər totalitar quruluşların ictimai istifadə üçün bina, obyekt və məkanların adlarında təbliğatını qadağan edən qanuna dəyişiklikləri imzalayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qanun Polşada sovet abidələrinin sökülməsini nəzərdə tutur. Qanun imzalandığı gündən 3 ay sonra qüvvəyə minir. Sənəd sovet dövrünün abidələrini, o cümlədən hərbi abidələrin sökülməsini ehtiva edir. Qanun Qızıl orduya məxsus təqribən 230 abidəyə şamil ediləcək. Bununla belə, qanun qəbiristan ərazisindəki abidələrə aid edilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top