Türkiyəyə görə Raqqaya hücum dayandırılıb

“Demokratik Suriya Qüvvələri” (DSQ) silahlı koalisiyanın dəstələri Raqqanın İŞİD terror qruplaşmasının silahlılarından azad edilməsi üzrə əməliyyatın tempini azaldıblar. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, orada hərbi əməliyyatlar mövqe xarakteri daşımağa başlayıb. DSQ-nin əsasını təşkil edən YPG kürd silahlılarının komandirləri bilərəkdən bu taktiki addıma əl atıblar. Onlar Türkiyə Silahlı Qüvvələrinin Afrin kantonuna qoşun yeridəcəyindən ehtiyatlanırlar. Hazırda Afrin PKK-nın qolu olan PYD-nin nəzarətindədir. Kürdlər Vaşinqtonun Ankaraya nə vaxt təzyiq göstərəciyini gözləyirlər.

DİGƏR XƏBƏRLƏR

Top