Ağdaşda narkotik plantasiyası salıbmış - Polis araşdırır

Ağdaş rayonunda narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.

Rayonun Ağzıbir kənd sakini, 1975-ci il təvəllüdlü Şahmuradov Cabir Hidayət oğlunun yaşadığı kəndin ərazisindəki meşə sahəsində narkotik tərkibli çətənə kolları yetişdirdiyi müəyyən edilib.

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Cabir Şahmuradov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb. Əraziyə baxış zamanı oradan hündürlüyü 2 metr, sayı 260 ədəd və çəkisi 423 kiloqram olan çətənə kolu aşkar edilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top