Makron Suriya üzrə iki “qırmızı xətti”nin olduğunu bəyan etdi

Versalda danışıqlardan sonra Moskva və Paris arasında Suriya məsələsi üzrə əməkdaşlıq tamamilə dəyişib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Emmanuel Makron bəyan edib. O bildirib: “Mən qeyd edirəm ki, Versaldakı görüşdən etibarən bu məsələlər üzrə irəli gedirik. Bu məsələlər üzrə xüsusi xidmət orqanlarımızın əməkdaşlığı tamamilə dəyişib”. E. Makron Suriya dosyesi üzrə iki “qırmızı xətt”i vurğulayıb. O diqqətə çatdırıb ki, kimyəvi silahdan istifadə məsələsində fikrindən dönməyəcək: “Əgər ondan istifadə edilsə, qarşılığını verəcəm və mən Fransanın əməliyyat şəklində cavab verə bilməsini təmin etmişəm”. İkinci “qırmızı xətt”ə gəlincə, E. Makron hərbi zonalardakı dinc sakinlərin xilas edilməsi üçün humanitar karvanın girişinə icazə verməyi tələb edib. Bununla belə, o vurğulayıb ki, Suriya Prezidenti Bəşər Əsədin vəzifəsindən getməsini mütləq şərt hesab etmir, çünki regionda terrorçuluqla mübarizənin bərpa olunması prioritetdir.

DİGƏR XƏBƏRLƏR

Top