“Roma” 20 yaşlı türk futbolçu aldı

“Roma” Türkiyənin “İstanbul Başakşehir” klubundan yarımmüdafiəçi Cengiz Ünderin transfer olunduğunu açıqlayıb. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi məlumata görə, transferin məbləği 13,4 milyon avro təşkil edib. “Roma” klubu daha 1,5 milyon avronu bonuslar şəklində ödəyəcək. 20 yaşlı futbolçunun İtaliya təmsilçisi ilə imzaladığı müqavilənin müddəti 30 iyun 2022-ci il tarixinə qədərdir. O, yeni klubunda 17 nömrəli forma geyinəcək. Ö. Ünder ötən mövsüm Türkiyə çempionatında 32 oyunda 7 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top