Yunkerdən Türkiyə ilə bağlı AÇIQLAMA

Avropa Komissiyasının (AK) başçısı Jan-Klod Yunker Türkiyəni Avropadan uzaqlaşmamağa çağırıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, o bildirib ki, Avropa İttifaqı (Aİ) üçün qonşusunun demokratik, sabit və iqtisadi baxımdan uğurlu qalması vacibdir: “İstərdim ki, Türkiyə Avropa ilə yaxınlaşsın, ondan uzaqlaşmasın”. AK başçısı qeyd edib ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Aİ Ankara hakimiyyətinə qarşı yardım əlini uzadıb: “İndi bir ildən sonra əl yenə də uzadılıb”. O diqqətə çatdırıb ki, Türkiyədə edam cəzası bərpa edilərsə, Türkiyəni Aİ üzvlüyü istiqamətinə aparan qapı həmişəlik bağlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top