Trampın komandası 3 ayda vəkillərə 700 min dollara yaxın pul xərcləyib

Trampın komandası 3 ayda vəkillərə 700 min dollara yaxın pul xərcləyib

ABŞ Prezidenti Donald Trampın komandası 2017-ci ilin aprelindən iyununadək hüquqi konsultasiyalara 667 min dollar xərcləyib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu məbləğ qeyd edilən dövrdə Prezidentin mübarizə yoldaşlarının ümumi xərclərinin təqribən 15 faizini təşkil edir, bununla belə, yanvar-mart dövrü ilə müqayisədə vəkillərə çəkilən xərclər 2,5 dəfədən çox artıb. Kampaniyanın başlamasından bəri D. Tramp və onun komandası hüquqşünaslara cəmi 4,5 milyon dollar ödəyib.

Xatırladaq ki, hazırda ABŞ Konqresində Rusiyanın D. Trampın qalib gəldiyi Amerika prezidentliyinə keçirilmiş seçkilərə müdaxiləsi ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top